İngiltərənin “Arsenal” klubunun futbolçusu Pablo Mari karyerasını İtaliyada davam etdirəcək. Sport24.az xəbər verir ki, ispan müdafiəçi icarə əsasında “Udineze”yə keçib. 

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Udineze”də çıxış edəcək.

Mari bu mövsüm “Arsenal”la 3 oyuna çıxıb.