"Arsenal" PSJ-nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

 

25 yaşlı Kvaratsxeliya cari mövsümdə "Napoli"nin heyətində 34 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə ilə uğursuz mövsüm keçirir. İspaniyanın  nəşrinin məlumatına görə, vingerin PSJ-dən ayrılmağa hazır olduğu barədə şayiələr yayılıb. İngiltərə klubu isə bu fürsətdən maksimum yararlanmağa çalışır. 

 

Qeyd edək ki, Xviça ötən ilin yanvarında 80 milyon avroya PSJ-yə transfer olunub. "Transfermarkt" portalı hazırda gürcü oyunçunu 90 milyon avro dəyərində qiymətləndirir.