"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Liverpul"un ulduzu Məhəmməd Salahla yanaşı "Qızıl top"u qazana biləcək iki futbolçunun adını açıqlayıb. Sport24.az xəbər verir ki, fransalı təcrübəli mütəxəssis bu barədə beIN Sports-a açıqlama verib:

 

"Salahdan başqa "Qızıl top"u qazana biləcək digər oyunçular da var. Mbappe və Vinisius Junior da bu mükafata iddialıdırlar".

 

Məhəmməd Salah cari mövsümdə bütün yarışlarda 39 oyun keçirib, 30 qol vurub, 22 məhsuldar ötürmə edib. Hazırda misirli Premyer Liqanın bombardiri yarışına başçılıq edir

 

Vinisius 30 matçda 16 qol, 9 məhsuldar ötürmə, Mbappe isə 36 matçda 22 dəfə fərqlənib, 15 məhsuldar ötürmə edib.