Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti Andrey Şevçenko karyerasında əlamətdar bir hadisəni - 21 il əvvəl "Qızıl top"u qazandığını xatırlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdən birində paylaşım edib:

 

"Düz 21 il əvvəl bu gün mən "Qızıl top"u qazandım. Əfsanəvi Oleq Bloxin və İqor Belanovdan sonra bu mükafatı qazanan üçüncü ukraynalı olmaq mənim üçün böyük şərəfdir.

Əminəm ki, vaxt gələcək Ukrayna dünyaya dördüncü "Qızıl top"u qazanacaq futbolçu bəxş edəcək".

 

Qeyd edək ki, Şevçenko "Qızıl top"u qazananda İtaliyanın "Milan" klubunda oynayırdı.