"Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Qvineya milli komandası Afrika Millətlər Kubokunda mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, 1/8 finalda Seneqal yığması ilə qarşılaşan bu milli komamnda0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Qarşılaşmaya start heyətində başlayan Andrade 21-ci dəqiqədə meydandan qovulub. Belə ki, 29 yaşlı mərkəz yarımmüdafiəçisi rəqib futbolçuya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alıb.

Xatırladaq ki, Patrik bu turnirə görə "Qarabağ"la qış hazırlığında iştirak edə bilmədi və birbaşa Bakıya gələrək məşqlərinə qatılacaq.