“Anderlext”in baş məşqçisi Vensan Kompani postunu tərk edib. Sport24.az xəbər verir ki, Belçika millisinin sabiq futbolçusu vəzifəsindən öz istəyi ilə ayrılıb.

36 yaşlı mütəxəssisin İngiltərənin “Bernli” klubu ilə danışıq apardığı barədə informasiyalar yayılıb.

Kompani 2020-ci ildən "Anderlext"ə başçılıq edirdi.