"Real"ın baş məşqçisi Karlo Ançelotti UEFA Super Kubokunda yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, bu, ötən gecə "Ayntraxt"ı məğlub edərək (2:0) titulu qazanmaları ilə reallaşıb.

Nəticədə 63 yaşlı Ançelotti karyerasında 4-cü dəfrə bu mükafatın sahibi olub. İtaliyalı mütəxəssis bunadək 3 qələbəylə rekordçu olan "Mançester Siti"nin ispaniyalı baş məşqçisi Xosep Qvardiolanı keçib.

Xatırladaq ki, Ançelotti daha əvvəl “Milan”la 2 dəfə (2003, 2007), “Real”la isə 1 dəfə (2014) UEFA Super Kubokunun qalibi olub.