"Real"da son oyunlardakı uğursuzluq səbəbindən hücum xəttində dəyişiklik ediləcək. Sport24.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

 

"Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti La Liqada "Xetafe" ilə matçda hücumda Kilian Mbappe ilə Endriki birlikdə oynadacaq.

 

Daha əvvəl yarımmüdafiəçi Brahim Dias və Mbappe bir oynayırdı. Futbolçuların çıxışının nəticə verməməsi Ançelottini dəyişikliyə məcbur edib.

 

Mbappe bu mövsüm 18 oyunda 9 qol vurub. Endrik isə 12 oyunda 2 qola imza atıb.