Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Sport24.az xəbər verir ki, "Auqsburq" Sandro Vaqnerlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

38 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, Sandro Vaqner mövsümün əvvəlində "Auqsburq"un baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Bundesliqada 12 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.