UEFA prezidenti Aleksandr Çeferin qarşıdan gələn seçkilərdə Canni İnfantinoya FİFA prezidenti vəzifəsinə rəqib olmaq niyyətində deyil. Sport24.az xəbər verir ki, funksioner bu barədə qonaq olduğu "Rest is Politics" podkastında bildirib:

 

"FİFA prezidentliyinə heç bir marağım yoxdur. UEFA-nı və orada gördüyüm işi sevirəm. İkincisi, bu vəzifə ilə maraqlanmasam nüfuzum və etibarlılığım daha yüksək olar".