İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda məlum olub. Sport24.az xəbər verir ki, pley-off mərhələsinin finalında "Hall Siti" və "Midlsbro" üz-üzə gəlib.


Görüş "Hall Siti"nin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Komandanın yeganə qolunu 90+5-də Olivye Makborni vurub.

 

"Hall Siti" yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq. Klubun sahibi türkiyəli biznesmen Acun Ilıcalıdır.