"Milan"ın sabiq futbolçusu İqnasio Abate A Seriyasında çalışacaq. Sport24.az xəbər verir ki, keçmiş müdafiəçi "Torino"ya baş məşqçi təyin olunacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında danışıqlar son mərhələdədir.
Abate hazırda B Seriyasında "Yuve Stabia"ya rəhbərlik edir.