İtaliyanın “Salernitana” klubu yeni mövsümdə A Seriyasında oynamaq hüququ qazanıb. Sport24.az xəbər verir ki, sözügedən komanda İtaliya B Seriyasının sonuncu - 38-ci turunda “Peskara”ya 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində ikinci pilləni tutub.

Bu nəticədən sonra xalını 69-a yüksəldən Fabrisio Kastorinin baş məşqçisi olduğu komanda, çempion “Empoli”dən sonra elitaya vəsiqə qazanan ikinci klub olub.

Qeyd edək ki, “Salernitana” sonuncu dəfə A Seriyasında 1997/98 mövsümündə mübarizə aparıb.

A Seriyasına yüksələcək sonuncu – üçüncü komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək.