"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan yay "transfer pəncərəsi"ndə klubunu dəyişə bilər. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, türkəsilli almaniyalı futbolçunun xidmətində Səudiyyə Ərəbistanının üç klubu maraqlıdır. Söhbət "Əl-Nəsr", "Əl-Hilal" və "Əl-İttihad"dan gedir.

 

Gündoğanın "Barsa" ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.

 

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi cari mövsümündə 30 oyunda meydana çıxıb. Onun aktivində 5 qol və 6 məhsuldar ötürmə var.