Braziliya çempionatında cari mövsümün qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, final mərhələsində "Botafoqo" "San Paulo"nu qəbul edib.  Rio-de-Janeyroda, "Joao Havelanj Olimpiya Stadionu"nda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Nəticədə "Botafoqo" xallarının sayını  79-a çatdırıb və "Palmeyras" (73 xal) üçün əlçatmaz olub.

 

Bununla da komanda 29 il sonra yenidən Braziliya çempionu adını qazanıb.  "Botafoqo"nun əvvəlki iki çempionluğu 1968 və 1995-ci illərə təsadüf edib.