Dünya Antidopinq Agentliyinin (WADA) Rusiyaya olan etimadsızlığı davam edir. Sport24.az xəbər verir ki, qurumun prezidenti Vitold Banka şimal qonşularımızın üzvlüyünü hələ də bərpa etməyə hazır olmadıqlarını söyləyib: “Rusiya Antidopinq Agentliyi tələblərimizi yerinə yetirməyənə qədər onunla hansısa bir əməkdaşlıqdan söhbət gedə bilməz. İndiki vəziyyətdə vəziyyəti nəzarət altında saxlamağa çalışırıq. Hələ də RUSADA-nın antidopinq sisteminin şəffaflığına inamımız azdı".