Ukraynalı tennisçi Lesya Tsurenka “İndian Uells Masters” turnirinin 1/16 finalında belaruslu Arina Sabalenkaya qarşı oynamaqdan imtina etməsinə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, WTA rəhbərinin hərəkətindən şoka düşdüyünü açıqlayıb: “Bir neçə gün əvvəl WTA-nın rəhbəri Siv Saymonla söhbət etmişdim. O, Rusiyanın Ukraynadakı işğalçılıq siyasətini dəstəkləmədiyini bildirib və yerimə olmaq istəmədiyini söyləyib. Amma Saymon mətə dedi ki, rusiyalı və belaruslu tennisçilər Olimpiadaya buraxılacaq. Bu, məni şoka saldı. Çox təşviş keçirdim. Belə vəziyyətdə korta çıxa bilməzdim”.