Rusiya Xizək Yarışları Federasiyasının prezidenti Yelena Vyalbe ölkəsinin idmançılarının beynəlxalq yarışlarda mümkün iştirakı ilə bağlı məsələlərə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, üçqat Olimpiya çempionu indiki məqamda neytral statusda nüfuzlu turnirlərə qatılmağın mənasız olduğunu söyləyib: “Yenindən mötəbər yarışlarda iştirak etməyimizə icazə verəcəklərsə, biz də öz şərtimizi irəli sürəcəyik. Rusiyalı idmançılar yalnız bayraq və himnlə turnirlərə qatılmalıdı. İndiki məqamda bizə neytral status verməyin heç bir mənası yoxdu”. 

Xatırladaq ki, bir neçə gün əvvəl Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının yalnız neytral bayraqla yarışmaları haqda qərarı qüvvədə saxlayıb.