Fiqurlu konkisürmə üzrə üçqat Olimpiya çempionu İrina Rodnina Rusiyanın dopinqlə mübarizəsindən danışıb. Sport24.az xəbər verir ki, o, ölkəsində antidopinq qaydalarının pozulması ilə bağlı mübarizə aparılmadığını söyləyib: “Hazırda bir prinsiplə mübarizə aparırıq: “bizimkiləri vururlar, komandanı xilas et!” Həmişə də deyinirik. Daha demirik ki, bizimkilərin bu mənada o qədər bərbad statistikası var ki, onlar da buna görə üstümüzə hücum çəkirlər. Heç kim cəzalanmasını istəmir. Vankuver Olimpiadasında neçə idmançımız antidopinq qaydalarını pozdu və onlardan neçə nəfəri cəzalandı? Rusiya Atletika Federasiyası ilə bağlı böyük problemlərimiz var. Onlar bu qayda pozuntularına hələ də bizə ciddi yanaşmırlar. Bizdə Dövlət Dumasına və Federasiya Şurasına dopinq keçmişi olan adamlar düşür. Dopinqə ilişən idmançı Qırmızı meydanda keçirilən paradda “Yunarmiya”ya rəhbərlik edir. Cəzasızlıq, məlumatsızlıq və tibb sahəsində qeyri peşəkarlıq belə problemlərlə üzləşməyimizə yol açır. Bilmək olmaz bu proses nə qədər davam edəcək. Halbuki, silkələnmək lazımdı”.