İndoneziyada keçirilən atıcılıq üzrə Dünya Kubokunda Türkiyə idmançıları qızıl medal qazanıblar. Sport24.az xəbər verir ki, Yusuf Dikeç, İsmail Keleş və Buğra Selimzadedən ibarət komanda qızıl medalları boyunlarından asıblar.

Kişilərdən ibarət komanda isə 10 metr məsafəyə tapanca ilə atəş açmaqda qızıl medala yiyələniblər.

Qeyd edək ki, turnirə fevralın 7-də yekun vurulacaq.