MHL-in müntəzəm çempionatında “Sent-Luis” “Vinnipeq”ə uduzub – 2:4. Sport24.az xəbər verir ki, Vladimir Tarasenko bu görüşdə də fərqlənə bilməyib.

Bununla da 32 yaşlı rusiyalı hokkeyçinin xal qazana bilmədiyi qarşılaşmaların sayı 5-ə çatıb.

Qeyd edək ki, “Vinnipeq”lə görüşdə Tarasenko hədəfə 3 zərbə endirib. Ümumiyyətlə, rusiyalı bu mövsüm 38 qarşılaşmada hesabına 29 (10+19) xal yazdıra bilib.