Bu gün saytımız üçün əlamətdar gündü. 4 il öncə - 2017-ci ilin martın 9-da Sport24.az-da ilk xəbər işıq üzü gördü. Və beləliklə, bu yola çıxdıq, oxucular üçün fərqli dəst-xətt ortaya qoymağa çalışdıq, müxtəlif rubrikalarla görüşlərinə gəldilk, onların rəğbətini qazanmaq üçün əlimizdən gələni etdik və bundan sonra da edəcəyik.

Futbol matçları müntəzəm stadiondan işıqlandırmaq əsas prioritetlərimizdən oldu. Artıq ilk ilimizdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ilin ən yaxşı idman saytı seçildik. 2019-cu ilin noyabrın 9-da isə rusdilli saytımız olan Football24.az ərsəyə gəldi. 

Qarşıda ilk yubileyimiz gəlir, görüləsi işlərimiz hələ çoxdu. Yaradıcı insana ən böyük arzu yaradıclıq uğurları qazanmağı, inkişaf yolunda daim irəliləməyi diləmək olardı. 

4 yaşın mübarək, Sport24.az!