Atıcılıq üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin də təmsil olunduğu səngər stendində (trap) təsnifat mərhələsi başa çatıb.

 

Qətərin paytaxtı Dohadakı turnirdə yığmamızın 6 snayperi final mərhələsinə yüksəlmək üçün mübarizə aparıb. Onlardan heç biri həlledici raunda adlaya bilməyib.

 

Kişilərin yarışına 140 iştirakçı qatılıb. Əli Hüseynli 116 xalla 57-ci, Sabir Mehdizadə 112 xalla 110-cu, Əlimirzə Quliyev 109 xalla 123-cü olub.

 

Qadınların mübarizəsində 79 idman çı atış nöqtəsinə yaxınlaşıb. Ülviyyə Eyvazova 110 xalla 42-ci, Aydan Camalova 104 xalla 62-ci, Rəna Ələskərova 88 xalla 77-ci olub.

 

Qeyd edək ki, Dohadakı turnir millimizin təmsil olunmadığı skitdə davam etdiriləcək.