Bu gün Misirin paytaxtı Qahirədə gənclər arasında şpaqa üzrə şəxsi yarışda qaliblər müəyyənləşib. Sport24.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi bütün görüşləri (6 qələbə) qalib başa vuran Xalid Əliyev pley-off mərhələsində keçirdiyi ilk görüşdə finlandiyalı Akseli Heinama üzərində 15:12 hesablı qələbə qazanıb. Xalid 1/16 finalda çilili şpaqaçı Xorxe Valderramaya 12:15 hesabı ilə uduzub.

Qrup mərhələsində 5 qələbə qazanan Ruslan Həsənov pley-offda lüksemburlu Filip Zensi 15:8 hesabı ilə məğlub etsə də növbəti görüşündə polşalı Piotr Urbana 11:13 hesabı ilə məğlub olub.

Qrupu 3 qələbə ilə bitirən Fərrux Səfərov pley-offda koreyalı idmançı Jihyun Hvanqa 9:15 hesabı ilə uduzub.

Qrupda qazanılan 3 qələbə sayəsində pley-offa yüksələn Barat Quliyev isə bu mərhələdə Məhəmməd Elsayedə 5:15 hesabı ilə məğlub olub.

Qrup mərhələsində 3 qələbəsi olan Nazilə Rəhimova pley-offda keçirdiyi ilk görüşdə portuqaliyalı şpaqaçı Sofia Tropaya 15:14 hesabı ilə qalib gələn Nazilə növbəti görüşündə dünya birinciliyinin bürünc mükafatçısı, ukraynalı Anastasiya Zelentsovaya 9:15 hesabı ilə məğlub olub.

Qrupda 2 qələbə qazanan Azərin İdriszadə pley-offda misirli Aya Husseinə 11:15 hesabı ilə uduzub.

Qrupda 1 qələbəsi olan Alfiya Abdiova isə mübarizəni erkən dayandırıb.

Nazilə Rəhimova,Azərin İdriszadə, Alfiya Abdinova və Fuad Qurbanov sabah yeniyetmə şpaqaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.