“Qəbələ” İdman Klubu və MMA döyüşçüsü Nəriman Abbasov arasında müqavilənin müddəti uzadılıb.

Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı idmançı ilə yeni anlaşma bir ili əhatə edir. Müqavilənin imzalanması mərasimindən sonra klub prezidenti Fariz Nəcəfov döyüşçü və onun məşqçisi Şəhriyar Abbasovla görüşüb. Tədbirdə Nərimanın döyüşləri barədə fikir mübadiləsi aparılıb. Klub prezidenti idmançıya karyerasında  uğurlar arzulayıb. Abbasov göstərilən dəstəyə görə “Qəbələ” İdman Klubuna təşəkkür edib, bütün döyüşlərdə qələbə üçün mübarizə aparacağını, Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün əlindən gələni edəcəyini bildirib.