Aleksandr Oveçkin Ueyn Qretskiyə nə vaxt çatacaq? Sport24.az xəbər verir ki, şimali amerikalı ekspertlər dəqiq təhlil apararaq bu suala dair proqnozlarını veriblər.

Hazırda rusiyalı qoleador əfsanəvi kanadalıdan 82 şayba arxada qalır. MXL tarixinin ən məhsuldar oyunçusuna çatmaq üçün Oveşkinin daha 135 matçda buz üstünə çıxacağı proqnozlaşdırılır.

Zədə və ya başqa bir problem çıxmasa, "Vaşinqton"un kapitanının bu tarixi göstəriciyə 2024-cü ilin noyabrında yetişəcəyi proqnozlaşdırılır.