Radik İsayev (80 kq+) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində iştirak edib. Sport24.az xəbər verir ki, olimpiya çempionumuz yarımfinalda makedoniyalı Dejan Georgievskiyə 6:13 hesabla uduzduğu üçün "Tokio-2020"yə lisenziya qazana bilməyib.

Turnirin birinci günündə Fəridə Əzizova (67 kq) finala yüksələrək Olimpiadaya lisenziya əldə edib. Bununla da taekvondoçularımızın lisenziyalarının sayı ikiyə çatıb.

Daha öncə Milad Beigi Hərçəqani artıq Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.