Madriddə keçiriləcək "Masters" seriyalı tennis turnirinin püşkü atılıb.

Sport24.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, maraqlı cütlük əmələ gəlib. İspaniyalı Rafael Nadal dünya reytinqinin 1028-ci nömrəsi Darvin Blançla qarşılaşacaq. İspaniyalı tennisçinin 37, Blançın isə 16 yaşı var. Onların yaşları arasında fərq 21 il 117 gündür. Bu da "Masters" seriyalı turnirlər üçün ən böyük fərqdir.

Xatırladaq ki, belə turnirlər 1990-cı ildən keçirilir.