Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nda ilk qalib müəyyənləşib.

Sport24.az xəbər verir ki, Suqovuşanda təşkil olunan turnirdə 2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb.

Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb.

Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub.