Ağır atletika üzrə Azərbaycan çempionu Allahyar Abışov 26 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, Abışovun bacısı Rəna Abışova Azərbaycan millisinin üzvü olan qardaşının müəmmalı vəfatı ilə bağlı detalları açıqlayıb. O, Allahyarın “patı”nın (süni narkotik) qurbanı olduğunu deyib: “Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya (süni narkotik) qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın”.

62 kiloqrama qədər ağırlıqqaldıranlar arasında Avropa çempionatının bürünc mükafatçısı olan Azərbaycan millisinin üzvünün ölümünün səbəbinin aşkara çıxarılması üçün tibbi ekspertiza təyin edilib (Sportfm).