Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandası İtaliyaya yola düşüb. Sport24.az xəbər verir ki, yığmamız 7 nəfərlik heyətlə baş məşqçi Allahverdi Culfayevin rəhbərliyi altında Lignano Sabbiadoro şəhərində keçirilən Dünya seriyası yarışında iştirak edəcək.

Bu gün start verilən turnirə aprelin 19-da yekun vurulacaq. Yarış Tokio 2020 Yay Paralimpiya oyunlarında iştirak üçün reytinq xalları qazandırır.