Kanadalı hokkeyçi Bobbi Hall dünyasını dəyişib. Sport24.az xəbər verir ki, 84 yaşlı idmançı yanvarın 30-da uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Kanada milli komandasında da çıxış etmiş Hall MHL tarixinin ən yaxşılarından biri olub. O, 15 mövsüm “Çikaqo”nun heyətində çıxış edərək Stenli Kubokunun qalibi olub. Hall burda ümumilikdə 604 dəfə rəqibləri məyus edib.