“Rolan Qarros” turnirinin ilk mərhələsində gözlənilmədən reytinqdə 172-ci pillədə qərarlaşan braziliyalı tennisçi Tyaqo Uaylda uduzan Daniil Medvedev Parisdə mübarizəni belə erkən dayandırmasına görə elə də məyus deyil. Sport24.az xəbər ki ATP reytinqinin 2 nömrəli raketka ustası torpaq mövsümünün onun üçün başa çatmasına görə sevinir: “Heç nə dəyişməyib, əksinə torpaq mövsümünün başa çatmasına görə xoşbəxtəm. Hansı mərhələdə mübarizəni dayandırmağımın mənim üçün heç bir əhəmiyyəti yoxdu. Əsas odur ki, torpaq mövsümü başa çatdı. Yenə də küləyin təsiri və kortun quru olmasına görə 3-cü geymdən sonra ağzım torpaqla doldu. Bu, xoşuma gəlmir. Bəlkə kimsə, torpaqda oynamağı sevir, amma bu, mənə aid deyil. Ümumiyyətlə, torpaq mövsümü başa çatdıqdan sonra ağ corabını atmalısan. İndi gedib yaxşı istirahət edəcəm. Doğrudu, Parisdə daha çox qalmaq istəyərdim, amma qarşıda məni başqa çağırışlar gözləyir”.