Yaxın keçmişin ən məhşur rusiyalı qaydasız döyüşçüsü Fyodor Yemelyanenko qardaşları barədə diqqətçəkən açıqlamalar verib. Sport24.az xəbər verir kiz Fyodor ağır çəki dərəcəsində tarixin ən yaxşı döyüşçülərindən biri sayılır.

Onun kiçik qardaşları İvan və Aleksandr da qaydasız döyüşlə məşğul olurlar. Amma onların elə də böyük uğurları yoxdu. Üstəlik hər ikisi spirtli içki aludəçisidi və bəzən döyüşlərə də içkili vəziyyətdə çıxırlar. Fyodor bu barədə jurnalistlərə bunları deyib: ''Qardaşlarımın yaşadıqlarını uzun illərdi kənardan təəssüf hissiylə izləyirəm. Çox üzülürəm. Başa düşürəm ki, onlara kömək etmək iqtidarında deyiləm. Bu üzdən başqa insanların onlara kömək etməsi üçün dua edirəm. Bəlkə də nə vaxtsa, keçmişdəki alışqanlıqlarından qurtulub yeni həyata başlayacaqlar. İkisi də öz seçimini edib. Onlara necə kömək edə bilərəm? Psixoloji cəhətdən? Bunu siz də edə bilərsiz. O boyda insana ''Saşa artıq içmə'' deyim? Özünüz görürsüz ki, onun ətrafında nə qədər insan var. Hamısı onu düzgün yola qaytarmağa çalışır. O, bu yoldan qayıtmayana qədər onunla söhbət etmək mənasızdı. Onun döyüşlərinə ümumiyətlə, qadağa qoymaq lazımdı. Çünki ortaya çox biabırçı görüntülər çıxır. Prokurorluğu və idman nazirliyini bu işlə ciddi məşğul olmağa çağırıram. Onu döyüşə buraxan həkimlərdə də az günah yoxdu''.