Londonda keçirilən UFC döyüşündə Rafael Fiziyevi məğlub edən Castin Qeyci həmyerlimizə dəstək olub. Sport24.az xəbər ki, məşhur amerikalı qaydasız döyüş ustası sosial şəbəkə hesabından bunları yazıb: “Mən fanatam! Dostum, sən əsl döyüşçüsən! Səninlə eyni qəfəsi bölüşmək mənim üçün böyük şərəf idi!”

Xatırladaq ki, Qetji Fiziyevi hakimlərin fərqli qərarları hesabına məğlub edib. Bu isə Rafaelin UFC-də ikinci yenilgisi kimi tarixə düşdü.