Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Rusiya və Belarus idmançılarının öz bayrağı altında keçirilən turnirlərdə iştirakına icazə verməsi geniş miqyasda əks-səda doğurub. Sport24.az xəbər verir ki, Almaniyanın Dünya Kubokunu təşkil etməkdən boyun qaçırması, Polşanın da artıq buna cəhd etməsi fonunda Finlandiya da məsələyə münasibətini bildirib

Finlandiya Qılıncoynatma Assosiasisyası sentyabr ayında keçirməli olduqları Dünya Kubokunun təşkilindən imtina edib. Qurumun nümayəndə heyətinin üzvü Yonas Lyuytinen mətbata açıqlamasında bunları söyləyib: “Yarış iştirakçılırını FİE müəyyənləşdirdiyindən bizim Rusiya və Belarus idmançılarına qadağa qoyma haqqımız yoxdur. Ona görə də birdəfəlik Dünya Kubokunu təşkilatçılığından imtina edirik”.