Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinatlarını alıblar. Sport24.az xəbər verir ki, qardaşlar kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin "Nilüfer Bələdiyyəspor" (Türkiyə) - "Red Boys"(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.
Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.
Görüş noyabrın 16-da Bursanın "Nilüfər Bələdiyyə" İdman Kompleksində keçiriləcək.