Amerika Milli Futbol Liqasının (NFL) əfsanələrindən olan Tom Bredi karyerasını başa vurub. Sport24.az xəbər verir ki, təcrübəli müdafiəçi bu qərarı karyerasının 23-cü ilində qəbul edib.

Karyerasına 2000-ci ildə başlayan 45 yaşlı oyunçu qərarını "Twitter" hesabında paylaşdığı video ilə açıqlayıb. Liqada 15 dəfə "ən yaxşı" seçilən Bredi dəfələrlə çempionluq yaşayıb və müxtəlif mükafatların sahibi olub.