ABŞ idmançısı Kayl Smeyn həyatını itirib. Sport24.az xəbər verir ki, xizək idmanı ilə məşğul olan dünya çempionu Yaponiyanın Hakuba Norikura dağında meydana gələn uçqun zamanı həyatını itirib.

Yaponiyalı rəsmilər ABŞ və Avstraliya vətəndaşı olan 5 nəfərin qar uçqununda qaldıqlarını və onların 3-nün xilas olduğunu açıqlayıb. Smeyn isə sözügedən ərazinin tanıtımı və tədbir üçün Yaponiyaya yollanmışdı.