ABŞ prezidenti Donald Tramp çıxışı zamanı DÇ-2026 ilə bağlı zarafat edib. Sport24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb:
"Mən də oynaya bilirəm. Yəni, futbolçuların qazandığı pulları görürəm. Mən və oğlum yaxşı idmançıyıq. O, futbolda son dərəcə yaxşıdır. O, hündürboydu, boyu 205 sm-dir. Mən şortik geyinib meydana çıxa bilərəm. Şortikdə çox gözəl görünürəm".
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.