Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə start verəcək.

Sport24.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan Eltac Qafarov mundialda yarışa qoşulacaq.

Turnirə təsnifat mərhələsindən başlayacaq Qafarovun ilk rəqibi Çin Taypeyindən Çenqçi Vey olacaq.

Xatırladaq ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Artıq 3 idmançımız çıxışını başa vurub. Cavad Ağayev (68kq) bürünc medal qazanıbsa, Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) mübarizəni erkən dayandırıb.