"Böyük Dəbilqə” seriyalı turnirlərin 22 qat qalibi Novak Cokoviç “Rolan Qarros”un ilk turunda qələbə qazandıqdan sonra videokameranın obyektivi üzərində Kosovo serblərinə dəstək yazısı ilə yadda qalıb. Sport24.az xəbər verir ki, bu da geniş müzakirələrə səbəb olub.

Görüşdən sonra serbiyalı raketka ustası bu hərəkətinə belə aydınlıq gətirib: “Siyasətçi deyiləm və belə siyasi diskusiyalarda iştirak etmək istəmirəm. Bir serb kimi hazırda Kosovoda baş verənlər məni çox narahat edir. Orada kütləvi şəkildə serbləri şəhərlərdən qovurlar. Kosovoda doğulan bir atanın övladı kimi indi onlara dəstək məqasidilə etdiyim hərəkət çox cüzi bir şeydir. İndi onlara dəstək olmalıyam və bunun məsuliyyətini daşımalıyam. Buna görə başıma nə gələciyini deyə bilmərəm. Ola bilər ki, buna görə məni cəzalandırsınlar. Hərəkətimə bəhanə axtarmayacam və bu hərəkətimi yenə də etməyə haxıram. İstənilən müharibə və münaqişənin əleyhinəyəm. Həmişə də bunu çəkinmədən demişəm. Kosovo bizim ocaqdır, tariximizin ən böyük savaşını orda etmişik və orda bizim kilsələr var”.