Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Kamerun-2025 VI İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadə Kameruna səfər edib. MOK-un mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, Ç.Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti dövlət rəsmiləri - Kamerun Olimpiya Komitəsinin prezidenti Hamad Kalakaba, İdman naziri Narcisse Mouelle Kombi, Yaunde şəhərinin meri Messi Atanqana, Xarici işlər nazirlnin müavini Mbaya Feliks ilə görüşüblər.

Görüşlərdə ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. 2025-ci ildə Kamerunun İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar komissiya üzvləri idman obyektlərinin vəziyyəti ilə tanış olub və ümumilikdə yarışların baş tutacağı infrastruktur sahələrinə baxış keçiriblər.