Çexiya Hokkeyinin Şöhrət Zalı ləğv edilib. Sport24.az xəbər verir ki, bu barədə Çexiya Hokkey Federasiyası məlumat yayıb.

Layihənin ləğvinə isə maliyyə ilə bağlı yaranan problemlər səbəb kimi göstərilir. Amma yerli mətbuatın məlumatına görə, ideya tam olaraq ləğv edilməyəcək. 2024-cü ildən onun onlayn variantının yaradılacağı gözlənilir.

Çexiyalı jurnalist Zdenek Yandanın məlumatına görə, bu layihənin iflasa uğramasından sonra ölkə yığmasının əfsanəvi qapıçısı Dominik Qaşek eksponatların saxlandığı binaya gələrək şəxsi əşyalarını oradan çıxarıb.