ABŞ prezidenti Co Bayden hokkey həvəskarı olduğunu söyləyib. Sport24.az xəbər verir ki, Kanada parlamenti qarşçısında çıxış edən dövlət başçısı bu ölkənin komandalarına münasibət bildirib.

O, MHL-də çıxış edən bütün Kanada klublarını bəyəndiyini, yalnız “Toronto”nu sevmədiyini dilə gətirib. Bayden “Məpl Lifs”i sevməməsinin səbəbini də açıqlayıb. Belə ki, o, bu ilin yanvarında “Toronto”nun “Filadelfiya”nı məğlub etməsinə görə qəzəblənib. Məsələ ondadır ki, ABŞ prezidentinin həyat yoldaşı məhz Filadelfiyadandandı.

Qeyd edək ki, bu mövsüm “Toronto” bu mövsüm “Flayers”ə qarşı keçirdiyi hər 3 görüşdə qalib gəlib (5:2, 4:3, 6:2).