Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin qısa proqramı keçirilib. Sport24.az xəbər verir ki, qısa proqram üzrə 21 ölkədən 22 idmançı çıxış edib.

 

Nəticələrinə əsasən cənubi koreyalı idmançı Minkyu Seo 82.67 xalla 1-ci, ABŞ-li fiqurlu konkisürən Patrik Blekvell 75.86 xalla 2-ci, Belçika təmsilçisi Denis Kruqlov isə 73.75 xalla 3-cü yerə sahib olublar.

 

Qeyd edək ki, Qran-pri sentyabrın 26-da başa çatacaq.