Bu gün Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə ənənəvi beynəlxalq turnir start götürəcək. Sport24.az xəbər verir ki, üç ölkənin kişilərdən ibarət altı komandasının iştirak edəcəyi yarışa "AHF Arena"da təşkil olunacaq.

 

Turnirin ilk günündə 2 qarşılaşma olacaq. Saat 13:00-da başlanacaq açılış matçında "Kür" (Azərbaycan) və "Astana" (Qazaxıstan) kollektivləri üz-üzə gələcəklər. Saat 15:00-da turnirin rəsmi açılış mərasimi olacaq.

 

Saat 16:00-da isə Qazaxıstan millisi ilə "Bakı" (Azərbaycan) komandası meydançaya çıxacaq.

 

Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 3-də başa çatacaq.