Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Sport24.az xəbər verir ki, 37 ölkədən 416 atletin (194 qadın və 222 kişi) iştirak etdiyi qitə birinciliyində Azərbaycan idmançıları da mübarizə aparırlar.

Bu gün medallar uğrunda mübarizəyə Azərbaycan yığmasının daha bir üzvü - “Naxçıvan” İdman Klubunun təmsilçisi Tarmenxan Babayev də qoşulub. O, yaşı 20-yə qədər olan idmançılar arasında 96 kq çəki dərəcəsində yarışıb.

Tarmenxan birdən qaldırma hərəkətində 147 kq çəki ilə bu hərəkətdə 5-ci olub. Ancaq idmançımız sonuncu yanaşmasında qolundan zədə aldığı üçün təkanla qaldırma hərəkətinə çıxa bilməyib və yarışı yarıda bitirib.