Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqədar Azərbaycanın paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olunub. Sport24.az xəbər verir ki, qurumun prezidenti İlqar Rəhimovun əmri ilə 2021-2024-cü illər üzrə aşağıdakı təyinatlar gerçəkləşib:

İbrahimov İbrahim Eldar oğlu – kişi cüdoçulardan ibarət milli komanda

İbrahimov Ramin İbrahim oğlu – qadın cüdoçulardan ibarət milli komanda

Panyutin Oleq Viktoroviç- atletika üzrə milli komanda

Culfayev Alavərdi Abasoviç – üzgüçülük üzrə milli komanda

İbişov İlqar Əsgər oğlu – pauerliftinq üzrə milli komanda

Abdullayev Yusif İnqlab oğlu – güllə atıcılığı üzrə milli komanda

Abbasov İlqar Əziz oğlu – kamandan oxatma üzrə milli komanda

Tağızadə Fərid Əvəz oğlu – parataekvondo üzrə milli komanda

Abdullayev Zahir Abdulla oğlu – qolbol üzrə milli komanda

Məhərrəmov İlham Nadir oğlu – boccia üzrə milli komanda

Qubuşova Ruqiyyə Heydər qızı – stolüstü tennis üzrə milli komanda

Məlikov Asəf Adil oğlu – qılıncoynatma üzrə milli komanda

Həsənquliyev Amid Umud oğlu – paravelosiped idman növü üzrə milli komanda

İsmayılov Məhəmməd Sahib oğlu – qış idman növləri üzrə milli komanda

Paris paralimpiadası 2024-cü il 28 avqust-8 sentyabrda keçiriləcək.