Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Türkiyədə keçirilən “2022 Bosphorus İstanbul Cup “ beynəlxalq yarışında qızıl medal qazanıb.

Sport24.az xəbər verir ki, idmançı finalda hakimlərdən 250.52 xal alıb.

Litvintsev bu göstərici ilə bütün rəqiblərini geridə qoyaraq, 1-ci yerin sahibi olub.